[b]“Real” Benzemaya yeni müqavilə təklif edəcək[/b]
10.02.2017 - 10:28
[b]“Real” Benzemaya yeni müqavilə təklif edəcək[/b]

“Real” rəhbərliyi Kərim Benzema ilə əməkdaşlığı davam etdirmək niyyətindədi. Apasport.az saytı İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, madridlilər fransalı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırırlar.

 

Benzemanın “Real”la qüvvədə olan müqaviləsi 2019-cu ilin yayına kimi nəzərdə tutulub. “Qalaktikos” isə 29 yaşlı forvardın sözləşməsini 2021 və ya 2022-ci ilə qədər uzatmaq istəyindədi. Benzemanın bu təklifi müsbət cavablandıracağı bildirilir.

 

Qeyd edək ki, “Lion”un yetirməsi olan Kərim Benzema 2009-cu ildən “Real”ın formasını geyinir.