[b]“Real” müdafiəçisini “Mançester Siti”yə satır[/b]
19.07.2017 - 16:46
“Real”ın müdafiəçisi Danilo karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu “Mançester Siti”yə keçəcək.
Bir müddətdi adı “Çelsi” ilə birgə hallanan “sambaçı” üçün ən sərfəli təklif “şəhərlilər”dən gəlib. Dani Alveşin transferində PSJ-yə uduzan “Mançester Siti” dərhal hərəkətə gələrək, “Real”la anlaşıb.
Klublar arasındakı razılığa görə, ispanlar bu keçiddən 30 milyon avro əldə edəcəklər. Futbolçunun iştirakına görə, madridlilər daha 5 milyon avro bonus qazana bilərlər.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0