[b]“Real” tarixində ilk dəfə - FOTO[/b]
27.04.2016 - 13:20
[b]“Real” tarixində ilk dəfə - FOTO[/b]

“Real”ın qapıçısı Keylor Navas yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, kosta-rikalı qolkiper buna növbəti dəfə qapısını toxunulmaz saxlayaraq nail olub.

 

Belə ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə səfərdə qolsuz bərabərə qalan “kral klubu” cari mövsümdə bu turnirdəki 9-cu matçda qapısını toxunulmaz saxlaya bilib. Bunun yalnız 1-də - qrupda “Malmö” (8:0) ilə qarşılaşmada çərçivəni Kiko Kasilya qoruyub.

 

Müvafiq olaraq “Şaxtyor” (4:0), “Malmö” (2:0), PSJ (0:0, 1:0), “Roma” (2:0, 2:0), “Volfsburq” (3:0) və “Mançester Siti” (0:0) ilə oyunlarda qapısında top görməyən Navas Çempionlar Liqasında bir mövsümdə 8 görüşü qol buraxmadan tamamlayan ilk “Real”lı olub.

 

Qeyd edək ki, Navas cari mövsümdə ÇL-də keçirdiyi 9 matçda cəmi 2 top buraxıb.

0