[b]“Real”da daha bir müqavilə[/b]
14.09.2017 - 18:09
Madrid “Real”ında daha bir futbolçunun aqibəti müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İsko anlaşmasının müddətini uzadıb.
25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər olan sözləşməsinin müddətini 2022-ci ilin yayına qədər uzadıb. Komandada illik məvacibi 6 milyon avro olan İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 700 milyon avro dəyərində göstərilib. Futbolçu sabah bununla bağlı mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, İsko 2013-cü ildən “Real”ın formasını geyinir.
0
0