[b]“Barselona” səfərdə sevindi, “Real” işini çətinə saldı[/b]
20.01.2017 - 02:05
[b]“Barselona” səfərdə sevindi, “Real” işini çətinə saldı[/b]

İspaniya kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, birinci oyun günündə iki matç baş tutub.

 

“Selta”nı qəbul edən Madrid “Real”ı gözlənilmədən məğlubiyyətlə üzləşib. "Kral klubu" 2015-ci ilin noyabrından sonra ilk dəfə ardıcıl 2 oyunda uduzub. “Alaves” isə səfərdə “Alkorkon”dan güclü olub.

 

Növbəti 2 qarşılaşmada isə “Atletiko” öz meydanında “Eybar” şans verməyib - 3:0.

 

“Barselona” isə səfərdə “Real Sosyedad”ı minimalhesabla məğlub edib.

 

18 yanvar

“Real” – “Selta” – 1:2

Qollar: Marselo, 69 – Aspas, 64; Conni, 70

“Alkorkon” – “Alaves” – 0:2

Qollar: İbai, 90, 90+4

 

19 yanvar

“Atletiko” – “Eybar” - 3:0

Qollar: Qrizman, 28, Korrea, 60, Qameyro, 68

 

“Real Sosyedad” – “Barselona” - 0:1

Qol: Neymar, 21 (pen.)