[b]“Real”dan unikal göstərici[/b]
21.04.2016 - 10:24
[b]“Real”dan unikal göstərici[/b]

İspaniya Primerosunda “Vilyareal” üzərində qələbə qazanan “Real” klub rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, XXXIV turdakı 3:0 hesablı qalibiyyətdən sonra “kral klubu” cari mövsümdə qollarının sayını 101-ə çatdırıb.

 

Bununla Madrid təmsilçisi ardıcıl 7-ci mövsümdü ki, Primeroda 100 qol həddini keçib. Maraqlıdı ki, bu seriya Kriştianu Ronaldonun gəlişindən sonra yaranıb. Məhz 2009-cu ildən, yəni Ronaldonun ilk ilindən bəri “Real” bütün mövsümlərdə daxili çempionatda 100-dən çox qol vurub. Buna qədər isə paytaxt klubu cəmi 1 dəfə 100 qol həddini keçib ki, o da 1989/90 mövsümünə təsadüf edib.
 

Qeyd edək ki, XXXIV turdan sonra “Real” Primeroda ən çox qol vuran komanda olsa da, hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.