Madrid “Real”ında zədə problemi bitmək bilmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” indi də Luka Modriçin xidmətindən məhrum qalıb.
Dizindəki zədə ucbatından həkim müayinəsindən keçən xorvatiyalı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdi ki, Modriç bir neçə çempionat matçı ilə yanaşı, Çempionlar Liqasında “Legiya” ilə ilk qarşılaşmanı, həmçinin Xorvatiya yığmasının Kosovo və Finlandiya ilə DÇ-2018-in seçmə mərhələ görüşünü buraxacaq.
Qeyd edək ki, Modriçlə yanaşı, baş məşqçi Zinəddin Zidan tərəfindən istirahət verilən kapitan Serxio Ramos da La Liqanın VII turunda “Eybar”la sabahkı oyunu buraxacaq.