[b]“Real”ın futbolçusu “Yuventus” rəhbərliyi ilə görüşdü[/b]
14.05.2016 - 15:57
“Yuventus” rəhbərliyi Madrid “Real”ının futbolçusu Hames Rodrigesi mövsümlərarası fasilədə transfer etməkdə israrlıdı. Apasport.az saytı xəbər verir ki, Turin klubunun rəsmiləri kolumbiyalı yarımmüdafiəçi ilə görüşüblər.
Görüşdə Rodrigesin “Yuve”yə keçmək variantı müzakirə edilib.
25 yaşlı futbolçu “Real”dakı durumundan narazıdı. Baş məşqçi Zinəddin Zidan ona az şans verdiyindən, Rodriges komandasını dəyişməyin əleyhinə deyil.
Qeyd edək ki, “Real”a 2014-cü ildə “Monako”dan transfer olunan Hames Rodriges bu komandanın heyətində 77 oyunda 25 qola imza atıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0