[b]“Real”ın futbolçusu getmək istəyir[/b]
07.02.2017 - 11:42
[b]“Real”ın futbolçusu getmək istəyir[/b]

“Real”ın müdafiəçisi Danilo komandadakı durumundan narazıdı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nda əsas heyətə düşə bilməməsi braziliyalı müdafiəçinin ürəyincə deyil.

 

25 yaşlı futbolçu “Real”a keçdiyi gündən Daniel Karvahalı rəqabətdə üstələyə bilmir. Bu səbəbdən Danilo mövsümün sonunda komandasını dəyişmək barədə düşünür.

 

Madridlilərlə 2021-ci ilə qədər müqaviləsi olan “sambaçı”nın karyerasını İtaliyada davam etdirmək variantı yaranıb. Belə ki, onun xidmətində “Yuventus”un maraqlı olduğu bildirilir.

 

Qeyd edək ki, Danilo “Real”a 2015-ci ildə “Porto”dan transfer olunub.