[b]“Real”ın futbolçusu qərarını verdi[/b]
29.04.2017 - 11:08
Madrid “Real”ının futbolçusu Toni Kroosun növbəti mövsümü hansı komandada keçirəcəyi məlum olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “kral klubu”ndan ayrılmaq fikrində deyil.
İspaniyanın “Marca” nəşri “Mançester Yunayted”in Kroosun xidmətində maraqlı olduğunu və yayda onu heyətinə qatmağa çalışacağını yazmışdı. Lakin 27 yaşlı futbolçu “Real”da özünü xoşbəxt hiss etdiyini bildirib.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Toni Kroos “Real”a 2014-cü ildə transfer edilib.
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
- “Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək
0
0