[b]“Real”ın qənimi[/b]
19.04.2017 - 00:24
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Real”la oyunda “Bavariya”nın ilk qoluna imza atan Robert Levandovski tarixə düşüb. Apasport.az saytının məlumatına görə, polşalı oyunçu bu qolla qitənin ən nüfuzlu klub turnirində “kral klubu”nu ən çox məyus edən oyunçu olub.
O, madridlilərin qapısında 6 qol keçirib. Leva 2012/13 mövsümünün qrup mərhələsində “Real”a qarşı 1, yarımfinalda isə 4 dəfə fərqlənmişdi.
Qeyd edək ki, “kral klubu”nu ikinci ən çox məyus edən oyunçu isə Del Pyerodur – 5 qol.
0
0