Milli komandamızın hücumçusu Renat Dadaşov “Ayntraxt”la növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, gənc hücumçu frankfurtluların ABŞ toplanışındakı yoldaşlıq oyununda 45 dəqiqə forma geyinib.
“Sietl Sounders”lə qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç matçı dəyərləndirərkən Renat Dadaşovdan da bəhs edib.
Yerli jurnalistin verdiyi “Nelson Mandela Mbuhum və Renat Dadaşov necə hazırlaşırlar?” sualını cavablandıran xorvat çalışdırıcı “onlar hələ çox məşq etməlidilər. Bizimlə birlikdə öyrənəcəkləri çox şey var. Çünki peşəkarlarla məşq etmək gənclərlə çalışmaqdan çox daha fərqlidir” deyib.
Qeyd edək ki, SS ilə oyunda ikinci hissə boyunca meydanda olan Renat meydanı qolsuz tərk edib.