[b]“Rəvan” – “Kəpəz” oyununun vaxtı dəyişdirildi[/b]
29.02.2016 - 12:20
[b]“Rəvan” – “Kəpəz” oyununun vaxtı dəyişdirildi[/b]

Topaz Premyer Liqasının XXIV turunun oyun cədvəlində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası “Rəvan” – “Kəpəz” matçının vaxtını dəyişib.

 

Buna oyunun canlı yayımlanması və hər iki klubun razılığı səbəb olub. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi martın 5-də deyil, 6-da baş tutacaq.

 

Mənbə: pfl.az