[b]“Rəvan” tarixində ilk[/b]
16.05.2016 - 00:02
[b]“Rəvan” tarixində ilk[/b]

Topaz Premyer Liqasının XXXV turunda öz meydanında “Qarabağ”a qalib gələn (2:1) “Rəvan” tarixi ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Bəhmən Həsənovun yetirmələri ağdamlılara qarşı Azərbaycan çempionatında ümumilikdə keçirdikləri 12-ci görüşdə ilk dəfə qələbə sevinci yaşayıblar.

 

Daha əvvəl baş tutan 11 oyunda “köhlən atlar” 7 dəfə 3 xala sevinmiş, 4 oyunda isə qalib müəyyənləşməmişdi. Aradakı top fərqi də iki komanda arasındakı səviyyə fərqindən xəbər verir – 9:23.