[b]“Roberto Karlos məni ölümdən xilas edib” - Ronaldo[/b]
18.10.2016 - 18:38
[b]“Roberto Karlos məni ölümdən xilas edib” - Ronaldo[/b]

Əfsanəvi braziliyalı futbolçu Ronaldo maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “yekədiş” keçmişdə başına gələn xoşagəlməz anı xatırlayıb.

 

İspaniya mətbuatına açıqlama verən Ronaldo 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatı zamanı ölüm təhlükəsi ilə üzləşdiyini bildirib. O, hazırda həyatda olduğu üçün uzun illər çiyin-çiyinə çıxış etdiyi Roberto Karlosa minnətdarlıq edib: “Fransadakı çempionat zamanı Karlosla eyni otaqda qalırdım. Bir gün axşam vaxtı gözümüzün acısını almaq qərarına gəldik. Həmin an məndə qıcolma yarandı. Təxminən 30 saniyə huşsuz vəziyyətdə olmuşam. Məhz Roberto Karlos məni ölümdən xilas etmişdi”.

 

Qeyd edək ki, Ronaldo DÇ-1998-in Fransa ilə final matçına hərarətli vəziyyətdə çıxmış və Braziliya millisinin böyükhesablı məğlubiyyətinə (0:3) mane ola bilməmişdi.

0