[b]“Rusenborq”un futbolçusu Bakıya gələsi olmadı[/b]
27.09.2016 - 16:21
[b]“Rusenborq”un futbolçusu Bakıya gələsi olmadı[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizin qonağı olacaq Norveç yığması oyuna itki ilə çıxacaq. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, skandinaviyalıların futbolçusu Yonas Svensson sıradan çıxıb.

 

23 yaşlı müdafiəçi “Rusenborq”un dünənki məşqində zədələnib. Tibbi müayinədən sonra Svenssonun 10-14 gün ərzində yaşıl meydanlardan uzaq qalacağı aşkarlanıb. Bu isə o deməkdi ki, gənc futbolçu gələn ay San-Marino və Azərbaycanla keçiriləcək seçmə mərhələ oyunları üçün Norveç millisinə çağırılmayacaq.

 

Məlumatı “Rusenborq”un tibbi koordinatoru Hakon Şvab da təsdiqləyib.

 

2009-cu ildən “Rusenborq”un formasını geyinən Svensson Norveç millisinə ötən ildən çağırılır.

 

Qeyd edək ki, Norveç yığması Azərbaycanla oktyabrın 8-də Bakıda, San-Marino ilə 3 gün sonra öz meydanında qarşılaşacaq.

 

0