[b]“Samtredia” – “Qarabağ” matçının başlama saatı açıqlandı[/b]
05.07.2017 - 10:20
[b]“Samtredia” – “Qarabağ” matçının başlama saatı açıqlandı[/b]

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ” II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, komandalar arasında keçiriləcək cavab matçının başlama saatı bəlli olub.

 

İyulun 11-də Bakıda üz-üzə gələcək komandalar ayın 18-də Tiflisdə cavab görüşünə çıxacaqlar. Gürcüstandakı qarşılaşmanın da Bakıdakı kimi, saat 21:00-da start götürməsi qərara alınıb. Oyun Boris Payçadze adına “Dinamo” stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçı  iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.