[b]“Samtredia” Bakı səfəri üçün 24 futbolçu sifariş verdi[/b]
23.06.2016 - 13:50
[b]“Samtredia” Bakı səfəri üçün 24 futbolçu sifariş verdi[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Samtredia” təmsilçimizlə qarşılaşmalar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gürcüstan çempionatının gümüş mükafatçısının heyətində yeni transferlər də olub.

 

Belə ki, Baçana Arabuli, Tornike Qorqiaşvili və George Hamkrelidze komandaya yeni cəlb edilən futbolçulardı. Baş məşqçi Giya Tsedsadze ümumilikdə 24 futbolçunun adını iştirak ərizəsinə salıb.

 

Qapıçılar: Omar Miqineişvili, Kaxaber Meşveliani, Otar Sturua

Müdafiəçilər: Nika Sandoxadze, Cemal Qoqiaşvili, Davit Mtivlişvili, Georgi Mçedlişvili, Laşa Şergelaşvili, Georgi Axaladze, Daçi Tsinobiladze, Zurab Sturua

Yarımmüdafiəçilər: Georgi Datunaişvili, Şota Kerdzevadze, Davit Razamaşvili, Avto Endeladze, Teymuraz Markozaşvili, Tornike Qorqiaşvili, Giuli Mancqaladze

Hücumçular: Budu Zivzivadze, Davit Cikia, Akaki Ninua, George Hamkrelidze, Baçana Arabuli, Zaur Xabeişvili

 

Qeyd edək ki, “Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Zestafonidə keçiriləcək.