Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la görüşəcək “Samtredia” səfər sindromundan əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, Gürcüstan klubu rəqib meydanında keçirdiyi avrokubok görüşlərində xala həsrətdi.
Düzdü, samtredialılar cəmi 2 dəfə qitə kuboklarına qatılıb. Hər iki cəhddə mərhələ adlaya bilməyən Gürcüstan təmsilçisi səfərdə məğlubiyyətlə üzləşib.
1995-ci ilə təsadüf edən debüt mövsümündə Makedoniya “Vardar”ı “siftə”ni korlayıb. “Samtredia” səfərdə 0:1 hesabı ilə uduzub.
11 ildən sonra ötən mövsüm Avropaya qayıdan komandanı “Qəbələ” qarşılayıb. Təmsilçimiz rəqibə qarşı daha amansız olub – 5:1.
Hər iki səfər matçında uduzan “Samtredia” rəqib meydanlarında 1 qol vurub və 6-ni buraxıb.