[b]“Sanki Azərbaycanla hansısa böyük turnirin finalında oynayırdıq”[/b] - FOTO
11.10.2014 - 23:00
[b]“Sanki Azərbaycanla hansısa böyük turnirin finalında oynayırdıq”[/b] - FOTO

İtaliya yığmasının meneceri Gabriel Oriali AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan üzərindəki qələbədən (2:1) sonra fikirlərini açıqlayıb. Apasport.az xəbər verir ki, o, “Skuadra Adzurra”nın baş məşqçisi Antonio Kontenin komandasının çox yaxşı hazırladığını bildirib: “Konte millini çox yaxşı hazırlamışdı. Sanki Azərbaycanla hansısa böyük turnirin finalında oynayırdıq. Qarşılaşmaya yaxşı başladıq, yaxşı da bitirdik. İtaliya milli komandası görmək istədiyim kimi idi. Motivasiya, mübarizə, gözəl oyun – bir sözlə, hər şey var idi. Sensasiyaya imkan vermədik. Buna görə sevinirik”.

 

0