Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə iştirak edəcək komandaları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Lisenziya Komissiyasının bu gün açıqladığı qərardan sonra yalnız bir debütantın qarşıdakı mövsümdə iştirak edəcəyi bəlli olub.
Bu da Bakının “Səbail” klubudu. I divizionda mövsümü 2-ci yerdə başa vuran paytaxt təmsilçisi tarixində ilk dəfə elitada çıxış edəcək.
“Səbail” Azərbaycan futbolu tarixinə Premyer Liqanın 59-cu komandası kimi düşəcək. Belə ki, indiyədək 58 komanda yüksək dəstədə çıxış edib. Düzdü, onlardan birinin nəticələri ləğv olunub. Lakin həmin komanda – Nəvahinin “Gənclik” klubuna görə bütün rəqiblərinə 2 qələbə verilib. Yəni 1992-2017-ci illərin ümumi cədvəlində “Gənclik” də yer almalıdı. Buna görə də siyahıda 58 komanda var. “Səbail” də bu klublara qoşularaq çempionatın 59-cusu olacaq.
Qeyd edək ki, bunadək ardıcıllıq baxımından sonuncu – 58-ci komanda “Zirə” idi. Qəsəbə klubu 2015/16 mövsümündə Premyer Liqada debüt edib.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”