[b]“Səbail” Portuqaliyadan futbolçu aldı[/b]
10.07.2017 - 00:16
Premyer Liqanın debütantı “Səbail" heyətinə daha bir futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Maudo Lamine Jarjue paytaxt təmsilçisində çıxış edəcək.
19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Gil Visente"də keçirib.
Qeyd edək ki, dünən Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.
0
0