[b]“Səbail”də 3 yeni müqavilə[/b]
14.06.2017 - 23:10
“Səbail” daha 3 futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı heyətindəki oyunçularla yenidən anlaşıb.
Belə ki, ötən mövsümün əvvəlindən "Səbail"də çıxış edən Təyyar Məmmədov "Neftçi"dən 6 aylıq, qış fasiləsində komandaya qoşulan Orxan Qurbanlı isə 1 illik icarəyə götürülüb.
Son mövsümü bu komandada keçirən daha bir oyunçu – Eltun Yaqublu da daha bir il “aslanlar”ın şərəfini qoruyacaq.
0
0