[b]“Seltik” növbəti mərhələnin astanasında[/b]
15.07.2017 - 09:45
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Seltik” Şimali İrlandiyada “Linfild”in qonağı olub.
Qarşılaşma Şotlandiya çempionunun üstünlüyü şəraitində keçib və nəticədə komanda 5 dəqiqə ərzində 2 qol vuraraq evə qalibiyyətlə dönüb. Bu isə “Seltik”i növbəti mərhələyə bir addım yaxınlaşdırıb.
Bu komandalar arasında cavab qarşılaşması iyulun 19-da “Seltik Park”da keçiriləcək.
“Linfild” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) – 0:2
Qollar: Hauqi, 17 (avtoqol); Roqiç, 23
0
0