[b]“Sent-Etyen” Avropa Liqası üçün 25 futbolçu sifariş verdi[/b]
06.09.2016 - 13:34
[b]“Sent-Etyen” Avropa Liqası üçün 25 futbolçu sifariş verdi[/b]

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sent-Etyen” iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Fransa təmsilçisi qrup mərhələsində geniş heyətlə mübarizə aparmaq fikrindədi.

 

Belə ki, “Sent-Etyen” 25 futbolçunun adını A siyahısına salıb. Baş məşqçi Kristof Qaltyer Avroliqada əsas heyət üzvü kimi məhz aşağıda adları göstərilən oyunçuları müəyyənləşdirib.

 

Qapıçılar: 16, Stefan Ruffye, 30. Jessi Mulin

Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 3. Pyerr-Yves Polomat, 4. Leo Lakro, 12. Çeik Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malkuit

Yarımmüdafiəçilər: 5. Vinsen Payo, 6. Ceremi Klemen, 7. Brayan Dabo, 8. Benjamin Kornye, 11. Henri Sayve, 14. Cordan Veretut, 17. Ole Selnaes, 18. Fabyen Lemoin, 33. Habib Mayqa, 57. Florian Milla

Hücumçular: 9. Nolan Rou, 10. Ossama Tannane, 21. Romain Hamuma, 22. Kevin Monne-Pake, 23. Aleksander Soderlund, 27. Robert Beriç

 

Qeyd edək ki, “Sent-Etyen” Avropa Liqasının C qrupunda “Qəbələ”, “Anderlext” və “Maynts”la mübarizə aparacaq. Təmsilçimizin fransızlarla oyunları III və IV turlara təsadüf edəcək. Belə ki, bu komandalar oktyabrın 20-də Fransada, noyabrın 3-də isə Azərbaycanda üz-üzə gələcəklər.