[b]“Sent-Etyen”lə görüşdə 3 yubiley[/b]
01.11.2016 - 18:08
[b]“Sent-Etyen”lə görüşdə 3 yubiley[/b]

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Sent-Etyen”lə qarşılaşması “Qəbələ”nin üç futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bu oyunçular noyabrın 3-də şans qazansa, avrokuboklarda yubiley matçına çıxacaq.

 

Braziliyalı müdafiəçi Rafael Santos meydana çıxsa, qitə miqyaslı turnirlərdə 20-ci matçının iştirakçısı olacaq. Digər iki oyunçu isə 10-cu görüşünün astanasındadı.

 

Elvin Camalov və Teo Uiks 8-ci km qəsəbə stadionundakı görüşdə 10-a çata bilər. Onların hər ikisinin hesabında 9 avrokubok matçı var.