[b]“Sevilya” futbolçusunu “Yuventus”a satdı[/b]
15.06.2017 - 17:35
“Sevilya”nın dayaq yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı futbolçu “Yuventus”la anlaşıb.
Ucaboy oyunçu ilə əvvəldən razılıq əldə edən “qoca sinyora” İspaniya təmsilçisi ilə də ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, “Sevilya” bu keçiddən 40 milyon avro gəlir əldə edəcək. “Yuve” həmin məbləği 2-3 il ərzində hissə-hissə ödəyəcək.
Qeyd edək ki, 2015-ci ildən “Sevilya”nın formasını geyinən Stiven Nzonzi ötən mövsüm 46 matçda iştirak edib və 3 qol, 3 assistlə yadda qalıb.
0
0