[b]“Sevilya” sabiq futbolçusunu qaytardı[/b]
03.07.2017 - 18:45
[b]“Sevilya” sabiq futbolçusunu qaytardı[/b]

Argentina millisinin futbolçusu Ever Baneqa karyerasını yenidən İspaniya “Sevilya”sında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu xəbəri klubun rəsmi saytı yayıb.

 

İtaliya “İnter”indən qayıdan futbolçu ilə 3 illik müqavilə imzalanıb. Klub 29 yaşlı yarımmüdafiəçinin keçidi üçün ödənilən məbləği açıqlamasa da, bu rəqəmin 9 milyon avro olduğu haqda xəbərlər yayılıb.

 

Qeyd edək ki, 2014-16-cı illərdə “Sevilya”da çıxış edən Baneqa ardıcıl 2 il Avropa Liqasının qalibi olub.