Qış fasiləsində “Simurq”un heyətinə qatdığı iki futbolçu mövsümün sonunda klubdan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, hazırda komandada icarə əsasında forma geyinən Cihan Özkara və Mirzağa Hüseynpurun çıxışı rəhbərliyi qane etmir.
Bununla bağlı saytımıza açıqlama verən Zaqatala klubunun prezidenti Anar Bəkirov hər iki oyunçunun yerli vətəndaşlığının olmasını xüsusi vurğulayıb: “Onların Azərbaycan pasportu var. Burda yerli statusda çıxış edirlər. İstərdik ki, həm klubda özlərini yaxşı tərəfdən göstərsinlər, həm də milliyə xeyir versinlər. Çox yaxşı xasiyyətləri də var. Amma açığı, hələ bizim istədiyimiz oyunu sərgiləmirlər. Gərək özlərini göstərsinlər”.
Qeyd edək ki, Cihan Özkara “Sivasspor”dan, Mirzağa Hüseynpur isə “İnter”dən mövsümün sonuna qədər icarəyə götürülüb.