[b]“Slovan” – “Qarabağ” matçına laqeyd münasibət[/b]
23.11.2016 - 20:13
[b]“Slovan” – “Qarabağ” matçına laqeyd münasibət[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Slovan” – “Qarabağ” matçına elə də çox maraq yoxdu. Apasport.az saytının Liberetsə ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşmanın keçiriləcəyi “U Nisi” stadionu sabah tam dolmayacaq.

 

Klubun mətbuat xidmətindən verilən məlumata əsasən, qarşılaşmaya 4000 bilet satılıb. Oyun saatına qədər isə bunun 6000 olması gözlənilir.

 

Bu isə o deməkdi ki, 10 minə yaxın tutumu olan “U Nisi” stadionunun tribunalarının təxminən yarısı boş qalacaq. Biletlərin qiymətləri isə 4-8 avro arası dəyişir.

 

Qeyd edək ki, “Slovan” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.