19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq hazırlıqlarda 21 futbolçu iştirak edəcək.
Yanvarın 12-dən 20-dək davam edəcək hazırlıqlara əsasən yerli klubların təmsilçiləri qatılacaq. U-19-un baş məşqçisi Vüqar Məmməd yalnız bir legioneri – Moskva “Spartak”ın ikinci komandasının üzvü Elnur İbrahimovu dəvət edib: Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Xəqani Sadıqov, Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov (hamısı “Qarabağ”), Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev (hamısı “Qəbələ”), Nail Alışov (“Neftçi”), Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Səbuhi Abdullazadə (“Sumqayıt”).
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı