[b]“Şükr etməliyik” – Samir Abasov[/b]
26.11.2017 - 18:42
[b]“Şükr etməliyik” – Samir Abasov[/b]

“Qələbə qazanmaq istəyirdik. Amma görünən odur ki, bəzi epizodlarda tələsdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail”lə qarşılaşan “kimyaçılar” qolsuz bərabərliyə razılaşıblar.

 

Oyundan sonra açıqlama verən Abasov matçla bağlı fikirlərini bölüşüb: “Məncə, oyuna daha çox köklənməyimiz bizə mane oldu. “Səbail”in çox imkanları oldu və vurmadıqları üçün şükr etməliyik. Son vaxtlar Amil Yunanovun oyunu alınmır. Bəlkə də, bombardirliyə çox kökləndiyi üçün belə olur. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı çıxış edək”.

0