[b]“Sumqayıt” “İnter”lə qarşılaşacaq[/b]
10.11.2016 - 13:04
[b]“Sumqayıt” “İnter”lə qarşılaşacaq[/b]

“Sumqayıt” Azərbaycan yığmasının oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək, yoxlama oyunu keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Topaz Premyer Liqasının digər iştirakçısı ilə qarşılaşacaq.

 

Belə ki, “Sumqayıt” "İnter”lə üz-üzə gələcək.

 

Oyun noyabrın 13-də "İnter Arena" stadionunda keçiriləcək görüş saat 15:30-da start götürəcək.