Topaz Premyer Liqasında XXV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyunu Sumqayıtda keçirilib.
Avrokubok iddiaçılarından biri olan “kimyaçılar” doğma azarkeşləri önündə “Səbail”i qəbul edib. Samir Abasovun yetirmələri ölkə kubokundakı uğursuzluğu unutdurmaq və çempionatı ilk “üçlük”də bitirmək şansını artırmaq üçün mütləq qələbə qazanmalı idi.
Buna qədər 7 tur idi qalib gəlməyən Samir Əliyevin komandası isə həm uğursuz seriyanı qırmaq, həm də Premyer Liqada yerini təmin etmək niyyətində idi. Gözlənilmədən rəqibi üzərində qələbə qazanan debütant istəyinə nail olub. “Sumqayıt” isə “Neftçi”dən uzaqlaşmaq və “Qəbələ” ilə fərqi qorumaq şansını əldən verib.
Topaz Premyer Liqası
XXV tur
29 aprel (bazar)
“Sumqayıt” – “Səbail” - 1:2
Qollar: A. Yunanov, 76 - F. Miya, 30; A. Qurbanlı, 39
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”
Mövsümün əvvəlki oyunları: 2:0, 0:0, 1:0
Sumqayıt. Şəhər stadionu
“Sumqayıt”: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 77. Elnur Abdullayev
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
“Səbail”: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 5. Kərim Diniyev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk
Ehtiyat oyunçular: 1. Emil Balayev, 6. Murad Ağayev, 7. Fəhmin Muradbəyli, 17. Vüqar Nadirov, 23. Ayron Stati, 88. Orxan Qurbanlı, 92. Vaxıt Orazsaxedov, 98. Kamran Əliyev, 99. Jarjue Maudo
Baş məşqçi: Samir Əliyev
Turnir cədvəli
1. |
Qarabağ |
25 |
19 |
5 |
1 |
36-9 |
62 |
2. |
Qəbələ |
25 |
13 |
6 |
6 |
40-24 |
45 |
3. |
Sumqayıt |
25 |
11 |
6 |
8 |
32-28 |
39 |
4. |
Neftçi |
25 |
11 |
4 |
10 |
33-26 |
37 |
5. |
Zirə |
25 |
9 |
8 |
8 |
31-28 |
35 |
6 |
Keşlə |
25 |
6 |
6 |
13 |
24-38 |
24 |
7. |
Səbail |
25 |
6 |
5 |
14 |
18-34 |
23 |
8. |
Kəpəz |
25 |
3 |
4 |
18 |
15-42 |
13 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12