[b]“Sumqayıt”da 4-ü getdi, 5-i gəldi[/b]
05.10.2017 - 18:02
[b]“Sumqayıt”da 4-ü getdi, 5-i gəldi[/b]

"Sumqayıt" Premyer Liqanın II dövrəsi üçün hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir k, komandamız bu gün Samir Abasovun rəhbərliyi altında növbəti məşqini keçirib.

 

U-21-in düşərgəsində yer alan Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyevlə yanaşı, zədəli olan Bəxtiyar Həsənalızadə hazırlıq prosesində iştirak etməyib. Əvəzedici komandanın 5 üzvü isə bu müddət ərzində komanda ilə birlikdə çalışıb. Təxminən 1,5 saat davam edən məşq prosesində daha çox toplu çalışmalara üstünlük verilib.

 

Qeyd edək ki, "Sumqayıt" II dövrənin ilk turunda doğma arenada “Qəbələ”ni qəbul edəcək. Oyun oktyabrın 14-də keçiriləcək.