[b]“Sumqayıt”da 5-ci ayrılıq[/b]
16.01.2016 - 10:52
[b]“Sumqayıt”da 5-ci ayrılıq[/b]

Bu gündən etibarən qış təlim-məşq toplanışını Türkiyədə davam etdirəcək “Sumqayıt” səfər öncəsi daha bir futbolçu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qapıçı Şəhruddin Məhəmmədəliyev “gənclik şəhəri” təmsilçisini tərk edib.

 

“İnter”dən ayrılan Səlahət Ağayevi heyətinə cəlb edən “Sumqayıt”da Şəhruddinin ehtiyatda qalacağı gün kimi aydın idi. Bunu nəzərə alan tərəflər qarşılıqlı razlıqla müqaviləyə xitam veriblər.

 

Gənc qolkiper karyerasını çox güman ki, ölkəmizdə davam etdirəcək. Çünki o, “Qarabağ”a keçməyə çox yaxındı.

 

Qeyd edək ki, buna qədər “Sumqayıt” Elnur Abdulov, Fuad Məmmədzadə, Tural Rzayev və Nuran Qurbanovla yollarını ayırmışdı.