“Sumqayıt” 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” heyətini gücləndirməklə yanaşı komandadan neçə futbolçunu da göndəriblər.
Belə ki, Mirabdulla Abbasov və Yusif Nəbiyevin icarə müqaviləsinin vaxtı bitdiyi üçün klublarına qayıdıblar.
Bundan başqa, Maqomed Kurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli və Kamran Abdullazadənin isə mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilələri başa çatıb. Nasir Abilayev və Seymur Əsədovun müqavilələri isə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, “Sumqayıt” Tural Axundov (“Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Cavid Tağıyev (“Zirə”), Kamal Mirzəyevlə (AZAL) müqavilə imzalayıb.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”