[b]“Sumqayıt”da ikisi getdi, ikisi gəldi [/b]
11.11.2016 - 15:55
[b]“Sumqayıt”da ikisi getdi, ikisi gəldi [/b]

Topaz Premyer Liqasının növbəti turunda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" fasiləsiz olaraq hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu gün səhər saatlarında növbəti məşqini keçirib.

 

Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu - Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.

 

Samir Abasovun yetirmələri Azərbaycan millisinin oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək, noyabrın 13-də "İnter"lə yoxlama oyunu keçirəcək.