Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünü 6-cı pillədə bitirən “Sumqayıt” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi yarımmüdafiə xəttinə daha bir futbolçu cəlb edib.
Belə ki, “Sumqayıt” ötən mövsümü “Zirə”də keçirmiş Cavid Tağıyevlə güclənib. 25 yaşlı futbolçunun paytaxt klubu ilə gələn ilin yayına qədər müqaviləsi qalsa da, tərəflər qarşılıqlı razılıq əsasında sözləşməyə xitam vermişdi. Bundan yararlanan “Sumqayıt” Tağıyevin keçidinə görə təzminat ödəmədən onu heyətinə qatıb.
Tərəflər arasında münasibətlər bu gün rəsmiləşdirilib. Razılaşmaya əsasən, Cavid qarşıdakı 1 il ərzində “Sumqayıt”ın formasını geyinəcək.
Qeyd edək ki, “Sumqayıt” bu gün daha iki futbolçu – Tural Axundov və Cavid İmamverdiyevi də heyətinə qatıb.