[b]“Sumqayıt”dan 5-ci rəsmi transfer[/b]
20.06.2016 - 12:22
“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Neftçi”nin oyunçusunu heyətinə cəlb edib.
Söhbət gənc yarımmüdafiəçi Mirabdulla Abbasovdan gedir. “Sumqayıt” 22 yaşlı cinah oyunçusunu 2016/2017 mövsümünün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Fərhad Vəliyev, Kamran Abdullazadə, Ruslan Tağızadə və Əli Həsənlini transfer etmişdi.
0
0