[b]“Sumqayıt”ın üçüncü rəqibi də bəlli oldu[/b]
07.01.2017 - 22:02
[b]“Sumqayıt”ın üçüncü rəqibi də bəlli oldu[/b]

Xəbər verdiyimiz kimi, yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Sumqayıt” Futbol Klubu qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” ilk iki rəqibi daha əvvəl bəlli olsa da, artıq üçüncü sınaqçının da adına aydınlıq gəlib.

 

Belə ki, yanvarın 13-də “Şkenderbeu” (Albaniya), 16-da isə “Nasaf”la (Özbəkistan) qarşılaşacaq sumqayıtlılar həmin ayın 19-da Antalyada üçüncü və sonuncu sınaq matçına çıxacaqlar. Rəqib isə Qazaxıstan “Atırau”su olacaq.

 

Qeyd edək ki, yoxlama oyunlarının başlama saatları bəlli deyil.

 

(klub saytı)