[b]“Trabzonspor” “Qarabağ”ı 5 qolla məğlub etdi[/b]
08.08.2016 - 09:01
[b]“Trabzonspor” “Qarabağ”ı 5 qolla məğlub etdi[/b]

Macarıstanda təlim-məşq toplanışında olan “Trabzonspor” 5-ci yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası Vyana “Qarabağ”ı ilə üz-üzə gəlib.

 

Avstriyanın 4-cü liqasında çıxış edən “Qarabağ”la görüş “bordo-mavililər” üçün asan keçib. Belə ki, Qara dəniz təmsilçisi 5:0 hesablı qələbəyə sevinib. Azərbaycanlıların yaratdığı komandanın qapısından topları Mustafa Akbaş (17-ci dəqiqə), Dame N'Doye (25), Zəki Yavru (43) və Matuş Bero (59, 89) keçirib.

 

Ramil Şeydayev meydana 65-ci dəqiqədə daxil olub. 2-ci qolun müəllifi N'Doyeni əvəzləyən Azərbaycan yığmasının üzvü son 25 dəqiqədə mübarizə aparıb.

 

Qeyd edək ki, “Trabzonspor” Macarıstan toplanışı çərçivəsində keçirdiyi ilk 4 yoxlama matçından da qalib ayrılmışdı.