[b]“Trabzonspor” rəsmisi Ramil Şeydayevdən danışdı[/b]
22.12.2016 - 11:39
[b]“Trabzonspor” rəsmisi Ramil Şeydayevdən danışdı[/b]

“Trabzonspor”un vitse-prezidenti Öndər Bülbüloğlu milli komandamızın hücumçusu Ramil Şeydayev haqda danışıb. Apasport.az saytının Türkiyə mətbuata istinadən məlumatına görə, o, forvardın klubdakı taleyinə də aydınlıq gətirib.

 

Yerli kanallardan birinə açıqlama verən Bülbüloğlu komandanın ən böyük probleminin hücum xətti ilə bağlı olduğunu bildirib.

 

O, bu mövqeni gücləndirmək barədə düşündüklərini də vurğulayıb: “Hücumda boşluq olduğunu hamı görür. Ən çox hücum edən komanda olmağımıza baxmayaraq, qol vura bilmirik. Dame Ndoye, Muhammet Dəmir və Hyun-Yun Suk ümidləri doğrultmurlar. Xüsusən də, Suk yaxşı oyunçu olsa da, burdakı oyunu alınmır. Ramil Şeydayev isə çox gənc futbolçudu. Onu gələcək üçün transfer etmişik. Bu səbəbdən hücumdakı problemdən danışarkən Ramili saymıram”.

 

Qeyd edək ki, “Trabzonspor”a yayda “Zenit”dən keçən Ramil Şeydayev Qara dəniz klubunda əsas heyətə düşə bilmir.