[b]“Trabzonspor”dan transfer[/b]
04.03.2017 - 13:14
“Trabzonspor” klubu yayda həyata keçirəcəyi transfer fəaliyyətinə indidən start verib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “bordo-mavililər” bir futbolçu ilə razılıq əldə ediblər.
Belə ki, “Trabzonspor” rəhbərliyi “Kayserispor”un yarımmüdafiəçisi Deniz Türüçlə anlaşıb. Kayseri təmsilçisi ilə də ortaq məxrəcə gəlmək mümkün olub.
Razılaşmaya əsasən, Deniz 2017/18 mövsümündən etibarən “Trabzonspor”un formasını geyinəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2015-ci ildən “Kayserispor”da çıxış edir.
0
0