[b]“Ukraynalı menecerlər futbolçularını Azərbaycana göndərirlər”[/b]
19.11.2016 - 13:41
[b]“Ukraynalı menecerlər futbolçularını Azərbaycana göndərirlər”[/b]

“Kiyev “Dinamo”sunun baş məşqçisi Sergey Rebrov mənə Valeri Lobanovskini xatırladır. O, komandasında gənc futbolçuları oynatmaq istəyir. Ancaq indi vəziyyət fərqlidi”. Apasport.az saytının məlumatına görə, bunu tanınmış menecer Dmitri Selyuk deyib.

 

Ukraynanın “Tavriya” klubunda vitse-prezident vəzifəsində çalışmış Selyuk terrikon.com saytına müsahibəsində ukraynalı futbolçuların ölkə xaricində uğursuz çıxışına toxunub. O bildirib ki, son vaxtlar bu ölkədə istedadlı futbolçular üzə çıxmır.

 

Selyuk həmçinin əksər menecerlərin oyunçularını “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka təklif etdiklərini də əlavə edib: “Hazırkı durumda yalnız gənclərlə uğur qazanmaq çox çətindi. Əgər Ukraynadakı gənclər istedadlıdılarsa, elə isə niyə Avropada onlara tələbat yoxdu? Futbolçular özləri xaricə getməyə can atmalıdılar. Ukraynada bir neçə menecer tanıyıram ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka görə, futbolçularını Azərbaycana, eləcə də Qazaxıstana göndərirlər. Roman Zozulya və Artyom Kravets İspaniyada çıxış edirlər. Məsələn, Roman “Betis”də oynamır. Ordakı insanlar düşünürlər ki, o, ölkəsinə qayıdacaq. Futbolçunun ilk növbədə oyununa baxmaq lazımdı, milliyyətinə yox”.

 

Qeyd edək ki, hazırda "Qəbələ"nin heyətində cəmi 2 ukraynalı futbolçu var - Dmitri Bezotosnı və Vitali Vernidub.