[b]“Vikinqlər”ə qarşı 15-ci duel[/b]
07.10.2016 - 17:10
[b]“Vikinqlər”ə qarşı 15-ci duel[/b]

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Norveçə qarşı keçirəcəyi sabahkı matç iki ölkə komandalarının rəsmi yarışlardakı 15-ci dueli olacaq. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz “vikinqlər ölkəsi”nin komandaları ilə 10 dəfə yığma, 4 dəfə klub səviyyəsində görüşüb.

 

Ən uğursuz komandamız əsas milli sayılır. Qələbəsi olmayan yeganə təmsilçimiz 4 matçda yalnız bir dəfə qalib gəlib. İlkə sabah imza atmaq arzusunda olan yığmamız digər komandalarımızdan nümunə götürməlidi.

 

Əsas komanda kimi 4 dəfə norveçlilərlə üz-üzə gələn U-21 də 3 qarşılaşmada yenilib. Lakin gənclərin uduzmadığı yeganə qələbəmizlə nəticələnib. Maraqlıdı ki, əsas komanda da, U-21 də uğurlu oyunu səfərdə keçirib.

 

Şimallılar üzərində ilk qələbənin müəllifi isə U-19-du. Bu yığmamız skandinaviyalılarla duellərdə müsbət balansa malikdi. Komandamız 2 görüşdən birində qalib gəlib, digərində isə sülhə imza atıb.

 

Klublarımızın Avropa Liqasındakı 2 qarşıdurmasında hər tərəf 1 dəfə mərhələ adlayıb. “Qarabağ” “Rusenborq”u keçibsə, “İnter” “Tromse” səddinə ilişib. Lakin bu duellər çərçivəsindəki 4 matçda üstünlük təmsilçilərimizdədi. 2 qələbəsi olan klublarımız 1 heç-heçə edib və 1 dəfə uduzub. Həm şimallılar, həm də bizimkilər rəqib qapısına 2 qol vurub.

 

Ümumilikdə isə 14 oyuna nəzər salsaq, komandalarımız 4 dəfə qalib gəlib, 3 dəfə bərabərliklə kifayətlənib və 7 dəfə yenilib. Top fərqində də üstünlük rəqibimiz öndədi – 7:14.

 

Əsas milli

02.06.1996. Norveç – 0:5 (s)
06.09.1997. Norveç - 0:1 (e)
16.11.2014. Norveç - 0:1 (e)

12.06.2015. Norveç – 0:0 (s)

Avropa Liqası

16.07.2009. “Rusenborq” (Norveç) – “Qarabağ” - 0:0

23.07.2009. “Qarabağ” - “Rusenborq” (Norveç) - 1:0

18.07.2013. “Tromse” (Norveç) – “İnter” - 2:0

25.07.2013. “İnter” – “Tromse” (Norveç)  - 1:0

U-21

06.10.2011. Norveç - 0:2 (e)

01.06.2012. Norveç - 0:1 (s)

10.10.2013. Norveç - 3:1 (s)

01.06.2014. Norveç - 0:1 (e)

U-19

30.05.2007. Norveç - 2:1 (s)

16.04.2010. Norveç - 1:1 (n)