[b]“Viktoriya” - Avropanın 50 ən yaxşısından biri[/b]
15.07.2016 - 16:57
[b]“Viktoriya” - Avropanın 50 ən yaxşısından biri[/b]

Avrokubokların III təsnifat mərhələsində Azərbaycan klublarının potensial rəqiblərinin əmsalları bəlli olub. Apasport.az saytının məlumatına görə, bu komandalardan üçü UEFA reytinqində ilk “100-lük”də qərarlaşıb.

 

Rəqiblərimizin ən güclüsü olan Çexiya “Viktoriya”sı isə ümumiyyətlə ilk “50-lik”dədi. 48-ci olan “Viktoriya”nın əmsalı 4 klubumuzun üst-üstə topladığı xalların cəmindən çoxdu.

Digər Çexiya klubu “Slovan”la Fransa “Lill”i də kifayət qədər yüksək əmsala malikdi.

 

Potensial rəqiblərdən yalnız biri – Çexiya “Mlada Boleslav”ı nisbətən aşağı göstəriciyə malikdi. Azərbaycan klublarından yalnız “Qarabağ”dan geri qalan bu klub digər təmsilçilərimizi arxada qoyur.

 

Rəqiblər UEFA reytinqində

48. “Viktoriya” (Çexiya) – 36,035

80. “Slovan” (Çexiya) – 22,035

86. “Lill” (Fransa) – 19,716

159. “Mlada Boleslav” (Çexiya) – 9,035

Təmsilçilərimiz UEFA reytinqində

120. “Qarabağ” – 13,500

154. “Neftçi” – 9,250

206. “Qəbələ” – 5,750

309. “Kəpəz” – 3,500

 

 

0