[b]“Xaqani deyil dayımız, hakimə yox payımız”[/b]
03.02.2017 - 17:18
[b]“Xaqani deyil dayımız, hakimə yox payımız”[/b]

Futbol üzrə ölkə çempionatının XVI turu çərçivəsində keçirilən və hazırda ilk hissəsi oynanılan “Qəbələ” – “Neftçi” matçında ev sahiblərinin azarkeşləri fəallıq göstərirlər. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın fanatları ilk dəqiqələrdə maraqlı şüar səsləndiriblər.

 

Belə ki, yerli futbolsevərlər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və onun yetirmələrinin çempionluq mübarizəsində “Qəbələ”yə mane olduqlarına işarə vurublar. Onlar bununla belə, mövsümü çempion kimi məhz “Qəbələ”nin başa vuracağını qeyd ediblər: “Xaqani deyil dayımız, hakimə yox payımız, çempionluq haqqımız, bu il bizik çempion!”

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçında hələ ki, hesab açılmayıb.