[b]“Xəzər Lənkəran”ı Güləliyev güldürdü[/b]
02.03.2016 - 15:20
[b]“Xəzər Lənkəran”ı Güləliyev güldürdü[/b]

“Xəzər Lənkəran” qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə görüşündə rəqib qapısına yol tapıb.

 

“Ağ-yaşıllar”ın qış fasiləsində əsas heyətə qatdığı Vaquf Güləliyevin 17-ci dəqiqədə vurduğu qolla 91 günlük həsrət sona çatıb. Belə ki, “Xəzər Lənkəran” son qolunu 2015-ci il dekabrın 2-də vurmuşdu.

 

Həmin gün kubokun 1/8 final mərhələsinin “Kəpəz”lə ev oyununun taleyini Kamran Abdullazadə həll etmişdi. O, 14-cü dəqiqədə qol sevinci yaşamışdı.

 

Bu görüşdən sonra 9 rəsmi qarşılaşmaya çıxan “Xəzər Lənkəran” TPL çərçivəsindəki həmin matçlarda qol vura bilməmişdi. Beləliklə də cənubluların 993 dəqiqəlik uğursuz seriyası başa çatıb.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”ın ancaq TPL-i əhatə edən 12 oyunluq qolsuz seriyası isə davam etməkdədi.