[b]“Xəzər Lənkəran” – “Neftçi” matçının vaxtı açıqlandı[/b]
25.02.2016 - 15:39
[b]“Xəzər Lənkəran” – “Neftçi” matçının vaxtı açıqlandı[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələnin ilk oyunları eyni gündə keçiriləcək.

 

Martın 2-də baş tutacaq qarşılaşmalara Lənkəranda start veriləcək. “Xəzər Lənkəran” – “Neftçi” oyunu başa çatandan sonra isə digər matçlar başlayacaq.

 

Azərbaycan kuboku

1/4 final

2 mart (çərşənbə)

14:00. “Xəzər Lənkəran” – “Neftçi”
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Qarabağ” – “Sumqayıt”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu


18:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 18:00

 

19:00. “Rəvan” – “İnter”
“Bayıl Arena”